Modern.az

Avropa Oyunlarına görə POS-terminal şəbəkəsinin fasiləsiz fəaliyyəti təmin olunacaq

Avropa Oyunlarına görə POS-terminal şəbəkəsinin fasiləsiz fəaliyyəti təmin olunacaq

20 May 2015, 11:49


Birinci Avropa Oyunları zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin stabil fəaliyyətinin təmin olunması məqsədi ilə Mərkəzi Bankda ekvayrinq xidməti göstərən kommersiya banklarının rəhbərlərinin iştirakı ilə görüş keçirilib.

Mərkəzi Bankdan Modern.az-a verilən məlumata görə görüşdə ilk Avropa Oyunları zamanı ölkədə quraşdırılmış bankomat və POS-terminal şəbəkəsinin fasiləsiz və dayanıqlı fəaliyyətinin təmin olunması üçün bank rəhbərlərinə xüsusi tapşırıq verilib, bir sıra istiqamətlərdə tədbirlərin həyata keçirilməsinin zəruriliyi diqqətə çatdırılıb.

O cümlədən bankomat şəbəkəsinin kifayət qədər milli və xarici valyutada nağd pul vəsaitləri ilə təchiz edilməsi, texniki baxımdan daim işlək vəziyyətdə olmasının mütəmadi monitorinqinin aparılması, tədbirin keçirildiyi idman kompleksləri və ətraf ərazilərdə, şəhər mərkəzində yerləşən təsərrüfat subyektlərində işləyən satıcıların POS-terminallardan istifadə qaydaları barədə məlumatlandırılması, həmçinin POS-terminalların daim işlək vəziyyətdə saxlanılması haqqında tapşırıqlar verilib.

Eyni zamanda, həyata keçiriləcək tədbirlərin koordinasiya olunması məqsədi ilə hər bir kommersiya bankında rəhbərlik səviyyəsində məsul şəxslərin ayrılması tapşırılıb.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?