Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, deputat Fərəc Quliyev şəxsi və sədrlik etdiyi partiya adından mayın 19-da Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğınla bağlı bəyanat verib.
Modern.az xəbər verir ki, bəyanatda hadisənin qəza və ya təxribat olmasından asılı olmayaraq günahkarlarının dövlət tərəfindən ciddi cəzalandırılması tələb edilib.Fərəc Quliyev hadisə zamanı hadisə zamanı həyatını itirənlərin ailələrinə başsağlığı verib və xəsarət alanlara Allahdan şəfa dilədiyini bildirib.
"19 may 2015-ci il tarixində Bakının Binəqədi rayonunda çoxmərtəbəli binada baş vermiş yanğının ağır fəsadları bizi dərindən sarsıtdı. Şəxsim və sədri olduğum Milli Dirçəliş Hərəkatı Partiyası adından baş vermiş faciə zamanı həyatını itirənlərin ailələrunə başsağlığı verir və xəsarət alanlara Allahdan şəfa diləyirik.
Olduqca ağrılı nəticələrə səbəb olmuş bu hadisə bütün xalqı kədərə batırdı. Ona görə də biz bu hadisənin təsadüfən və ya təxribat olmasından asılı olmayaraq dövlət tərəfindən günahkarların ciddi cəzalandırılmasını tələb edir və buna əvvəlcədən inamımızı ifadə edirik!”.
Modern.az