Gənc Ana və Uşaqların Maarifləndirmə İctimai Birliyi görmə qabiliyyəti məhdud və ya itirilmiş uşaqlar üçün Dil kursları və İnformasiya Mərkəzinin yaradılmasına start verib.
Layihə görmə Prezident Yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirilir. Birlikdən Modern.az-a verilən məlumata görə, layihənin əsas məqsədi görmə qabiliyyətini itirmiş uşaqların cəmiyyətə tam və səmərəli inteqrasiyasına dəstək verməkdir. Layihə 7-17 yaş qrup üzrə görmə qabiliyyəti itirilmiş və ya zəif olan uşaqları əhatə edəcək.Bu uşaqların sağlam uşaqlarla davamlı ünsiyyətini təşkil edərək cəmiyyətdə mövcud olan stiqmanın aradan qalıdırılmasına yönəlik bəzi fəaliyyət növləri qarşıya qoyulan məqsədlərdəndir.
Modern.az