Modern.az

“İctimaiyyətə bələdiyyələrlə bağlı hələ çox şey bəlli olacaq” – Qalib Salahzadə

“İctimaiyyətə bələdiyyələrlə bağlı hələ çox şey bəlli olacaq” – Qalib Salahzadə

21 May 2015, 12:33


“Cənab prezidentin bələdiyyələrlə bağlı icra hakimiyyətlərinə ünvanladığı xəbərdarlıqlar tamamilə düzgündür”. Bunu Modern.az saytına Milli Məclisin Regional məsələlər komitəsinin üzvü Qalib Salahzadə deyib.

O, prezident İlham Əliyevin Dövlət Komissiyasının iclasında bələdiyyələrin icra hakimiyyətlərinin filialına çevrildiyini bəyan etməsini şərh edib.  

Deputatın sözlərinə görə, ölkə başçısının dediklərinin hamısı ilə tam razıdır.  

Qalib Salahzadə qeyd edib ki, yerli icra hakimiyyəti orqanlarının bələdiyyələri özünün strukturuna çevirməsi ilə bağlı ictimaiyyətə hələ çox şeylər bəlli olacaq. “Biz hələ çox şeylər haqqında eşidəcəyik, məlumatlanacağıq”.  

Binəqədidə yanan bina ilə bağlı yaradılan Dövlət Komissiyasının ötən gün keçirilən iclasında dövlət başçısı İlham Əliyev bələdiyyələrin müstəqil fəaliyyət göstərməməsini vurğulayıb:

“Bələdiyyələr bir növ icra hakimiyyətlərinin filialına çevrilib. Bələdiyyənin öz səlahiyyəti var. Mən o fəaliyyəti görmürəm.

Bütün bölgələrdə, kəndlərdə, şəhərlərdə aparılan işlər dövlət büdcəsi hesabına görülür: Bələdiyyə bir kənd yolunu tikib?

Halbuki, bu, onun bilavasitə işidir. Bütün kənd yollarını dövlət büdcəsi hesabına, ya da Prezidentin Ehtiyat Fondunun hesabına biz tikirik. Bələdiyyə, sadəcə olaraq, bir muzey idarəsidir. Buna son qoyulmalıdır”.  

Aqşin Kərimov  

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?