Modern.az

Nazir, I Avropa Oyunlarının elçiləri və deputat yanğından xəsarət alanlara baş çəkdilər

Nazir, I Avropa Oyunlarının elçiləri və deputat yanğından xəsarət alanlara baş çəkdilər

21 May 2015, 15:14



Mayın 21-də I Avropa Oyunlarının elçiləri və deputat Qənirə Paşayeva Binəqədi rayonundakı 16 mərtəbəli yaşayış binasında baş vermiş yanğın nəticəsində xəsarət alanlara baş çəkib. Hazırda səhiyyə naziri Oqtay Şirəliyev də xəstəxanadadır.

Modern.az saytına verilən məlumata görə, yanğın zamanı xəsarət alan xəstələrin vəziyyəti orta ağırdır. Xəstələrin bir necəsi artıq evə buraxılıb.

May ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı.

Səhiyyə Nazirliyi 15 nəfərin öldüyünü bildirib.

Qulluq mənafeyi tələb etdiyi halda səlahiyyətlərindən istifadə etməyən və istehsal etdiyi keyfiyyətsiz üzlüklərlə həmin binada fasadlama işləri aparmış Global Construction” şirkətinin rəhbəri Miryusif Mahmudov iş üzrə şübhəli şəxs qismində tutulub.

Həyata keçirilən istintaq və əməliyyat-axtarış tədbirləri Azərbaycan Respublikası Prezidentinin nəzarətindədir.

Modern.az

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?