Modern.az

“Azərişıq”dan yanan binanın sakinlərinə JEST

“Azərişıq”dan yanan binanın sakinlərinə JEST

21 May 2015, 16:22


Bakı şəhərinin Binəqədi rayonu, Azadlıq prospekti,200/36 ünvanında mayın 19-da yanan çoxmərtəbəli yaşayış binası sakinlərinin bütün elektrik borcları "Azərişıq" ASC-nin hesabına ödənilib.

“Azərişıq”ın mətbuat xidmətindən Modern.az –a verilən məlumata görə yanmış binanın sakinləri qarşıdakı aylarda da məskunlaşacaqları istənilən yerlərdə elektrik haqlarından azad ediləcək.  

“Həyatları normal axara düşənə qədər “Azərişıq” bu abonentlərin bütün elektrik sərfiyyat xərclərini öz üzərinə götürür”,-deyə bildirilib.  

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?