Modern.az

“Xəstəxanada yanğında xəsarət almış 14 nəfər qalıb” - Rəsmi AÇIQLAMA

“Xəstəxanada yanğında xəsarət almış 14 nəfər qalıb” - Rəsmi AÇIQLAMA

21 May 2015, 16:23

Binəqədi rayonunda 16 mərtəbəli binada baş verən yanğı zamanı xəsarət alanlardan cəmi 14 nəfəri xəstəxanalarda qalıb. Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova Modern.az saytına bildirib ki, 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində 12, 6 saylı Bakı Şəhər Xəstəxanasında isə 2 nəfər müalicə alır:

“Xəstələr arasında vəziyyəti elə də ağır olan yoxdur. Vəziyyətləri düzəldikcə, yavaş-yavaş evə buraxılacaqlar”.

May ayının 19-da, saat 11 radələrində Bakı şəhəri, Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanda yerləşən çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

Yanan binada 56 ailə olub. 16 mərtəbəli binada 143 nəfər yaşayırdı.

Səhiyyə Nazirliyi 15 nəfərin öldüyünü bildirib.

Sevinc Yasinqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?