Modern.az

Avropa Oyunları üçün Bakıya gələcək erməni idmançılar - SİYAHI

Avropa Oyunları üçün Bakıya gələcək erməni idmançılar - SİYAHI

21 May 2015, 16:44

İyunun 12-28-də Bakıda keçiriləcək I Avropa Oyunlarında iştirak etmək üçün qitənin bütün ölkələrindən, o cümlədən Ermənistandan da idmançılar ölkəmizə gələcəklər. Ermənistanda idmançıları Bakıya göndərib-göndərməməklə bağlı geniş diskussiyalar keçirilsə də, sonda Milli Olimpiya Komitəsi 6 idman növündə (yunan-roma güləşi, sərbəst güləş, cüdo, atıcılıq, boks və sambo) təmsilçilərini Bakıya göndərməyi qərara aldı. Sambo üzrə yığmanın heyəti istisna olmaqla, qalan idman növlərində Bakıya gələcək erməni idmançılarının sayı və adlar məlumdur.

Modern.az saytı Bakıda I Avropa Oyunlarının medalları uğrunda mübarizə aparacaq erməni idmançılarının siyahısını təqdim edir. 

Yunan-roma güləşi

Roman Amoyan (59 kq)
Miqran Arutunyan (66 kq)
Karapet Çalyan (75 kq)
Maksim Manukyan (85 kq)

Sərbəst güləş

Qaqik Barseqyan (57 kq)
Volodya Franqulyan (61 kq)
David Safaryan (66 kq)
Qriqo( Qriqoryan (74 kq)
Musa Murtuzaliyev (86 kq)
Levan Berianidze (125 kq)

Cüdo

Ovannes Davtyan (60 kq)
David Nikoqosyan (73 kq)
Janna Stankeviç (52 kq)

Atıcılıq

Qraçik Babayan (prevmatik tüfəng)
Norayr Arakelyan (pnevmatik tapança)

Boks

Artyom Aleksanyan (49 kq)
Narek Abqaryan (52 kq)
Aram Avakyan (56 kq)
Samvel Barseqyan (60 kq)
Ovanes Baçkov (64 kq)
Nikol Arutunyan (81 kq)

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu