Modern.az

Nazirlik yanğından zərər çəkənlərin sənədləri ilə bağlı məlumat yaydı

Nazirlik yanğından zərər çəkənlərin sənədləri ilə bağlı məlumat yaydı

21 May 2015, 18:29

Binəqədi rayonunda hündürmərtəbəli binada baş vermiş yanğınla bağlı sənədlərini itirənlər üçün Daxili İşlər Naziriliyi qərargah yaradılıb.


DİN mətbuat xidmətindən verilən məlumata görə, Prezidenti İlham Əliyevin tapşırığına əsasən, paytaxtın Binəqədi rayonu ərazisində yerləşən çoxmərtəbəli yaşayış binasının sakinlərinin yanmış sənədlərinin bərpası məqsədilə 5-ci Polis Bölməsində müvafiq qərargah yaradılıb.

Yanğın baş vermiş binanın sakinləri məhv olmuş şəxsiyyət vəsiqələrinin və ümumvətəndaş pasportlarının alınması üçün həftənin bütün günləri saat 9.00-dan 19.00-dək (nahar fasiləsi olmadan) Binəqədi RPİ-nin 5-ci Polis Bölməsindəki müvafiq qərargaha müraciət və aşağıdakı telefonlara adları çəkilən polis orqanlarına zəng  edə bilərlər:

 

(012) 590-64-33  - Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin "Qaynar xətti";  

(012) 563-56-97  - Binəqədi Rayon Polis İdarəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi şöbəsi;

(012) 406-02-02   -    Binəqədi Rayon Polis İdarəsinin Növbətçi hissəsi;

(012) 436-05-02   -  Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi.                                                                                                            

Modern.az

 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?