Modern.az

Tam yeni “İnfiniti QX56” artıq Azərbaycanda!

Tam yeni “İnfiniti QX56” artıq Azərbaycanda!

Qarabağ

28 Sentyabr 2010, 12:39


“İnfiniti” avtomobillərinin Azərbaycanda rəsmi distribütoru “Nurgün Motors” yeni “İnfiniti QX56” avtomobilini media nümayəndələri və gələn qonaqlara təqdim edib.

Bununla bağlı keçirilən tədbirdə tanınmış teleaparıcı Murad Dadaşov çıxış edib. O, üzün illərdir ki, “İnfiniti” sahibidir. M.Dadaşov “QX56” modelinin ölkəmizdə təqdim olunmasını Azərbaycan avtomobil bazarında mühüm hadisə kimi qiymətləndirib: “Yeni, möhtəşəm bir avtomobilin təqdim olunması hər bir avtomobil həvəskarı kimi məni də sevindirir. Ümid edirəm ki, “İnfiniti QX56” markasə digər modelləri kimi böyük uğur qazanacaq”.

Model haqqında hazırlanmış qısa filmlər qonaqlar tərəfindən böyük alqışla qarşılanıb. Daha sonra şirkətin Marketinq departamentinin rəhbəri İlkin Qurbanov jurnalistlərin suallarını cavablandırıb.

Sonra yeni “İnfiniti QX56” gələn qonaqlara və media nümayəndələrinə nümayiş etdirilib.

Baza komplektasiyasında avtomobil yeddi nəfər üçün nəzərdə tutulub, amma ikinci cərgəyə kresloların əvəzinə 60/40 nisbətində qatlanan divan yerləşdirildikdə QX56 səkkiz yerlik olur. Bütün kreslolar elektrik naqilləri ilə təchiz olunub. Hətta baza versiyasında salona bütünlüklə dəri üzlük çəkilib və təbii ağacdan dekorativ elementlər vurulub. 

Avtomobilin yeganə mühərriki avtomobil həvəskarlarına yaxşı tanış olan 5,6 litr həcmli V8 mühərrikidir. O, modernləşdirilib və indi onun qüvvəsi  400 at gücü təşkil edir, qənaətcilliyi isə 12% artırılıb. Mühərrik 7 pilləli avtomat transmissiya ilə tandemdə işləyir, həmçinin əl rejiminə keçmək imkanı da mövcuddur. Tam ötürücülü versiyada 4H və 4L rejimləri nəzərdə tutulub, zərurət yarandıqda fırlanma anı 50%-i ön təkərlərə ötürülə bilər.  

Vüqar Ağamalıoğlu

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama