Modern.az

Latviyanın xarici işlər naziri: “Azərbaycanla viza rejimini ləğv edə bilərik”

Latviyanın xarici işlər naziri: “Azərbaycanla viza rejimini ləğv edə bilərik”

22 May 2015, 14:36

 

Latviyanın xarici işlər naziri Edqars Rinkeviçs Avropa Birliyi ilə “Şərq Tərəfdaşlığı” ölkələri arasında viza rejiminin ləğv olunmasının mümkün olduğunu deyib.

Modern.az Rusiyanın “Kommersant” qəzetinə istinadən xəbər verir ki, nazir bunun danışıqlardan və tərəflərin istəyindən asılı olacağını deyib:  

“Biz viza rejiminin liberallaşdırılmasını bütün tərəfdaşlarımıza təklif edirik. Bundan başqa, Azərbaycan və Ermənistanla bağlı müəyyən proqressimiz də var. Biz Belarusla viza rejiminin ləğvini deyil, sadələşdirilməsini də müzakirə edirik. Düzdür, hüquqi baxımdan sənəd hazır deyil.

Əgər Azərbaycan və Ermənistan istəsələr və bütün kriteriyalar yerinə yetirilərsə, biz onlara da bu imkanı verməyə hazırıq. Necə ki, Moldova ilə vizasız rejim tətbiq etdik”.  

Latviyanın paytaxtı Riqada bu saatlarda “Şərq Tərəfdaşlığı” sammitinin iclası keçirilir. İclasda Azərbaycanı Prezident Administrasiyasının şöbə müdiri Novruz Məmmədov və xarici işlər naziri Elmar Məmmədyarov təmsil edir.    

Vüqar İsmayılov  

 
Whatsapp
Bizə yazın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?