Binəqədi rayonundakı çoxmərtəbəli binada baş verən yanğın zamanı faciəli şəkildə dünyasını dəyişənlərdən biri də 68 yaşlı Quba şəhər sakini Elmira Yəhyayeva olub. O, hadisənin səhəri günü anadan olduğu şəhərdə torpağa tapşırılıb. Modern.az-ın verdiyi xəbərə görə, Quba rayonundan deputat seçilən Vahid Əhmədov bu gün mərhumun yas mərasiminə qatılıb. Elmira Yəhyayevanın yaxınlarına başsağlığı verən deputat bu hadisənin dəhşətli faciə olduğunu qeyd edərək, yanğına səbəbkar olanların cəzalandırılacağını vurğulayıb. Vahid Əhmədov deyib ki, prezident İlham Əliyevin sərəncamı ilə yaradılan Dövlət Komissiyası faciənin başvermə səbəblərini də tam araşdıracaq.
Deputatla yanaşı, Elmira Yəhyayevanın bu gün keçirilən üç mərasimində Quba rayon İcra Hakimiyyətinin rəhbərliyi də iştirak edib.
Modern.az