Modern.az

Hacıbala Abutalıbov ondan istefa tələb edən deputata CAVAB VERDİ

Hacıbala Abutalıbov ondan istefa tələb edən deputata CAVAB VERDİ

22 May 2015, 17:52

 

 

"Mən işimin məsuliyyətini dərk edirəm. Deputatların mənim istefa verməyimlə bağlı gözləntilərinə gəldikdə, onların bu yöndəki açıqlamalarına hörmət edirəm. Hər bir adam öz fikrində azaddır. Mən onların fikirlərinə hörmət edərək, cavab vermək istəmirəm”.

Bu sözləri Modern.az saytına açıqlamasında Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov deyib.

O, Binəqədi rayonunda yanmış binanın sakinləri ilə isti münasibətlərdə olduğunu vurğulayıb: “Mən hər gün yanmış binanın sakinləri ilə görüşürəm. Bu gün də 56 mənzilin sakini ilə Bakı Şəhər İcra Hakimiyyətində görüşmüşəm. Onlarla çox isti münasibətimiz yaranıb. Bir-birimizə inamımız var”.

Binəqədi rayonu, Azadlıq prospektində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğından sonra deputat Zahid Oruc a.24.az-a açıqlamasında deyib: “Binəqədidə baş verən yanğında insan itkisi olduğu üçün bəzi məmurların, hökumət üzvlərinin, ən azı, mənəvi məsuliyyəti nəzərə alıb istefa ərizəsi yazmalarını gözləyirdim. O cümlədən, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun da istefasını gözləyirdim”.  

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?