Azərbaycanda vətəndaş cəmiyyəti institutlarının boğulması barədə bəzi beynəlxalq təşkilatların ittihamlarına Beynəlxalq Avrasiya Mətbuat Fondunun fəaliyyəti, ofisi əsl cavabdır. Azərbaycan hakimiyyəti vətəndaş cəmiyyəti institutlarını özünün tərəfdaşı hesab edir. Bu siyasətin nəticəsidir ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu belə uğurlar qazanıb".
Trend-in məlumatına görə, bunu bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) binasının açılışı ilə bağlı keçirilən mərasimdə Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov deyib.Qeyd edək ki, bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisinin açılış mərasimi keçirilib.
Açılış mərasimində dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Ofisin açılış lentini Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov və Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Rəhimoğlu kəsib. Daha sonra ofisə baxış keçirilib.
Modern.az