Modern.az

Prezident İlham Əliyevə mükafat verildi

Prezident İlham Əliyevə mükafat verildi

22 May 2015, 23:20


Mayın 22-də Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) baş ofisinin açılış mərasimi keçirilib. Modern.az saytı xəbər verir ki, mərasimdə dövlət rəsmiləri, millət vəkilləri, diplomatlar, media rəhbərləri və ictimaiyyət nümayəndələri iştirak ediblər. Ofisin açılış lentini Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov , Beynəlxalq Avrasiya Mətbuat Fondunun rəhbəri Umud Mirzəyev və BMT-nin Azərbaycandakı rezident koordinatoru Antonius Bruk kəsib. Daha sonra ofisə baxış keçirilib.

Mərasimdə çıxış edən BAMF-ın sədri Umud Mirzəyev deyib ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu (BAMF) Dağlıq Qarabağ münaqişəsinin ağrılı-acılı dövrlərində fəaliyyətə başlayıb, dünyada sülhün təbliğinə çalışıb: “Fəaliyyətimizdən 23 il keçir. Bu müddət ərzində BAMF dövlət qurumları, müxtəlif beynəlxalq təşkilatlar, səfirliklər və beynəlxalq QHT-lərlə əlaqə qurub. Fondumuz BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvüdür. Bu gün BAMF vətəndaş cəmiyyəti və medianın inkişafı prosesində yaxından iştirak edir, müharibənin əziyyət çəkmiş regionlarda sosial və iqtisadi proqramlar həyata keçirir. Azərbaycanda vətəndaş cəmiyyətinə diqqət və qayğı olmasaydı, sözsüz ki, Beynəlxalq Avrasiya Mətbuat Fondu bu uğurlara imza ata bilməzdi”.

Mərasimdə çıxış edən Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov isə bəyan edib ki, Azərbaycanda vətəndaş cəmiyyəti institutunun belə ofisə malik olması çox böyük mətləblərdən xəbər verir . Cənab Həsənovun sözlərinə görə , BAMF Azərbaycanda QHT-lərin klassik nümunəsidir və 20 ildir, Azərbaycanda səmərəli fəaliyyət göstərir: "Mən bu sahədə Umud Mirzəyevin fəaliyyətini yüksək dəyərləndirirəm. Bu gün Azərbaycanda Beynəlxalq Avrasiya Mətbuat Fondu kimi 3 500 QHT fəaliyyət göstərir və Azərbaycanda vətəndaş cəmiyyəti quruculuğuna töhfə verir.”

Mərasimdə iştirak edən BMT-nin Azərbaycandakı rezident koordinatoru Antonius Bruk isə bu il Azərbaycan höküməti və digər tərəfdaşları ilə birlikdə Birləşmiş Millətlər Təşkilatının 70-ci ildönümünü qeyd edəcəklərini bildirib. BMT-nin Sosial və İqtisadi Şurasının ən yüksək statuslu üzvü BAMF-ın ofisinin açılışı isə BMT dəyərlərinin təbliği baxımından əlverişli bir fürsətdir.
Sonda çıxış edən Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının sədri Azay Quliyev yeni binasıının açılışını qeyd edən BAMF-a gələcəkdə yeni uğurlar arzu edib.

Tədbirdə Azərbaycan prezidenti İlham Əliyev Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında roluna görə BMT-nin İqtisadi-Sosial Şurasının əsas məşvərətçi statuslu üzvü olan Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) ali mükafatı ilə təltif edilib. Mükafat BAMF-in baş ofisinin açılışı ilə bağlı keçirilən mərasimdə qurumun prezidenti Umud Mirzəyev tərəfindən Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənova təqdim olunub. U.Mirzəyev Heydər Əliyev və prezident İlham Əliyevin Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında müstəsna rolları olduğunu vurğulayıb. Əli Həsənova , o cümlədən Yaponiya , Amerika Birləşmiş Ştatları və Avropa Birliyini Azərbaycandakı nümayəndəliyinə BAMF-in “Fəxri diplomu” təqdim edilib.



Modern.az

   
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?