Modern.az

Meksikada polis və narkotacirlər atışdı: 43 nəfər öldü

Meksikada polis və narkotacirlər atışdı: 43 nəfər öldü

Təhsil

23 May 2015, 12:08


Meksikanın Miçoakan ştatında polis və narkotik tacirləri arasında şiddətli atışma baş verib. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, atışma nəticəsində 42 narkotacir və 1 polis əməkdaşı həlak olub.

Miçoakan ştatının qubernatoru Salvador Haranın sözlərinə görə, hər şey polis əməkdaşlarının şübhəli avtomobili saxlamasından sonra baş verib. Polisə doğru atəş açan şəxslər Xalisko ştatı ilə sərhəddəki fermada gizləniblər. Onlara qarşı 500 polis və hərbçidən ibarət qüvvə göndərilib. Meksikanın ən güclü narkokartellərindən olan “Yeni nəsil” karteli polis və əsgərlərə şiddətli müqavimət göstərsə də, təhlükəsizlik qüvvələri onlara qalib gəlib. 

Meksikadan 2006-cı ildə narkokartellərə qarşı hökumətin rəsmi müharibə elan etməsindən sonra ölkədə azı 80 min insan həlak olub, 22 min nəfər isə hələ də itkin düşmüş sayılır. 

Vüqar İsmayılov 

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?