Modern.az

Fərəc Quliyev: “Hamımız bir yerdə vəziyyəti dəyişməyə çalışmalıyıq”

Fərəc Quliyev: “Hamımız bir yerdə vəziyyəti dəyişməyə çalışmalıyıq”

Təhsil

23 May 2015, 12:21


“Mən təəssüf hissi ilə qeyd etməliyəm ki, gənclər arasında milli-mənəvi dəyərlərə bağlılıq o qədər də yüksək səviyyədə deyil. Təbii ki, bunu bütün gənclərə şamil eləmirəm”. Modern.az xəbər verir ki, bu sözləri millət vəkili Fərəc Quliyev deyib.

F.Quliyev hər kəsin bu məsələdə öz üzərinə düşən işi yerinə yetirməli olduğunu qeyd edib:
“Bizdə çox fəal, vətənpərvər gənclik yetişib. Mən onlarla fəxr edirəm. Amma bəzi gənclər haqqında bunu söyləmək mümkün deyil. Əslində bunun günahı gənclərdə deyil. Televiziyalar bayağı verilişlər əvəzinə vətənpərvərlik verilişləri verməlidir. Şəhidlərimiz, qəhrəmanlarımızla bağlı epizodların yetərincə göstərilməməsi, vətənpərvər insanların təqdim və təbliğ edilməməsi bu məsələdə mənfi rol oynayır. Hamımız bir yerdə vəziyyəti dəyişməyə çalışmalıyıq”.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?