“Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində yanğında xəsarət alan 10 nəfərin müalicəsi davam etdirilir”. Bu barədə Modern.az saytına Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Bayramova məlumat verib.
O qeyd edib ki, müalicə alanlardan 3-ü uşaq, 6-sı qadın, 1-i kişidir: “Bu gün xəstələrdən 55 yaşlı Elvira Manafova, dünən isə onun qızı Səbinə Manafova evə buraxılıb. Hazırda bütün xəstələrin vəziyyəti stabildir. Onlarla psixoloqlar işləyirlər və həkimlərin daimi nəzarətindədirlər”.
Mayın 19-da Binəqədi rayonu, Azadlıq prospekti 200/36 ünvanında hündürmərətəbəli yaşayış binasında baş verən yanğında çox sayda insan xəsarət alıb. Rəsmi məlumatlara görə, hadisə zamanı 16 nəfər dünyasını dəyişib.
Gülşən RAUFQIZI