Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Moskvaya gedəcək. Modern.az Xarici İşlər Nazirliyinə istinadən xəbər verir ki, Elmar Məmmədyarov 24-26 may 2015-ci il tarixində Rusiya Federasiyası xarici işlər naziri Serqey Lavrovun dəvəti ilə Rusiyada rəsmi səfərdə olacaq.