Modern.az

“Böyüməyən uşaqlar” Nelson Mandelanın nəvəsinə təqdim olundu

“Böyüməyən uşaqlar” Nelson Mandelanın nəvəsinə təqdim olundu

Təhsil

23 May 2015, 13:29

 

Bakıda səfərdə olan Cənubi Afrikanın əfsanəvi mərhum lideri Nelson Mandelanın nəvəsi, Əlahəzrət Şahzadə Celenhle Dlamini Parlament Jurnalistləri Birliyinin sədri, Modern.az saytının baş direktoru Elşad Eyvazlının “Böyüməyən uşaqlar” kitabı ilə də tanış olub.

Modern.az xəbər verir ki, kitabla ilk tanışlıqdan çox təsirləndiyini bildirən xanım Celenhle bu kitabın yayılmasına köməklik göstərəcəyini də deyib: “Kitab ilk baxışdan insana çox təsirli görünür. Mən də bu kitabın geniş şəkildə yayılmasına köməklik edəcəyəm və Afrikada bununla bağlı istənilən layihənin həyata keçiriləcəyinə dəstək olacağam”. 

Bu gün ölkəmizdə  keçirilən Beynəlxalq Qara Dəniz və Xəzər Dənizi Əməkdaşlıq və Tərəfdaşlıq Fondunun iştirakçılarına “Böyüməyən uşaqlar” kitabı paylanılıb.

 

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?