Ukraynanın Kiyev vilayətinin Slavutiça şəhərində “UDAR” partiyasından şəhər şurasına üzv olan Anatoliy Qladeçnko silahlı hücuma məruz qalıb. Modern.az Ukrayna KİV-inə istinadən xəbər verir ki, milliyyətcə erməni olan Arman və Artyom Xaçatryan qardaşları çoxsaylı şahidlərin gözü qarşısında travmatik tapançadan deputatın baş nahiyəsinə 2 dəfə atəş açıblar.
Ciddi xəsarətlər alan deputat sağ qalsa da, həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər. Yerli jurnalistlərin məlumatına görə, deputat adam döyməyə görə ittiham olunan Xaçatryan qardaşlarının əməllərini ifşa etdiyi üçün onların hücumuna məruz qalıb.
Deputat Anatoliy Qladçenkonun üzvü olduğu “UDAR” partiyasının sədri Kiyevin indiki meri Vladimir Kliçkodur.
Vüqar İsmayılov