Modern.az

Rufiz Qonaqov namizədliyini vermək niyyətindədir: “3 dairədən birini seçəcəm”

Rufiz Qonaqov namizədliyini vermək niyyətindədir: “3 dairədən birini seçəcəm”

Təhsil

23 May 2015, 15:07


Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov bir çox QHT rəhbəri kimi bu ilin noyabrında keçiriləcək parlament seçkisində deputatlığa namizədliyini irəli sürmək niyyətindədir.

Modern.az saytına açıqlama verən Rufiz Qonaqov bildirib ki, seçkidə Quba rayonundan namizədliyini verə bilər:

“Namizədliyimi irəli sürüb-sürməyəcəyimlə bağlı qərarımı vəziyyətə uyğun olaraq seçkiöncəsi verəcəm. Amma namizədliyimi verməklə bağlı fikrim var. İstisna olunmur ki, mən parlament seçkisində öz namizədliyimi verim. Hansı dairə üzrə namizəd olacağımı tam açıqlamaq istəmirəm. Nəzərimdə 3 dairə var. Bu Bakı və ya rayonlardan biri ola bilər.
Seçki öncəsi hər şey bizim tərəfimizdən tam olaraq analiz olunacaq. Ondan sonra mən qəti qərarımı verəcəm. Amma 3 dairənin birindən namizəd olmaq istəyim dəqiqdir. Ola bilər ki, Quba rayonundan namizədliyimi verim. Amma yenə də dəqiq olmayan bir məsələni açıqlamaq istəmirəm.
Ümumiyyətlə, parlament seçkisində zəif namizəd olmur. Namzidələrin sayı çox olur. Əgər mən namizədliyimi irəli sürəcəmsə, deməli öz gücümə arxayınam”.

Sevinc Yasinqızı

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?