Modern.az

Deputat seçicilərinə I Avropa Oyunlarından danışıb - FOTOLAR

Deputat seçicilərinə I Avropa Oyunlarından danışıb - FOTOLAR

Təhsil

23 May 2015, 22:11

Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəranda I Avropa Oyunları qabağı silsilə görüşlər kecirib.

Deputatın qərargahından Modern.az-a verilən məlumata görə, Hadi Rəcəbli iyun ayında Bakıda keciriləcək ilk Avropa Oyunlarından ətraflı, rəqəmlərlə söz açıb. Buldirib ki, ölkəmizdə idmanın inkişafina qaygi dünya şöhrətli siyasi xadim Heydər Əliyevin adıyla baglıdır. Heydər Əliyev Azərbaycanda  idmanın inkişafina daim diqqət yetirib.

”Hələ sovet dönəmində bütün bölgələrdə sadə idman qurguları  yaradılmışdı və bu, bir hərəkata cevrilmişdi. Hazırda da Azərbaycanda güclu idman infrastrukturu yaradılıb. Prezident İlham Əliyevin rəhbərliyiylə  həyata kecirilən siyasət nəticəsində Azərbaycan dünya miqyasında idman ölkəsi kmi tanınmaqdadir. İdmana dövlət səviyyəsində  diqqət və qayğının göstərilməsi həm cəmiyyətzdə gənc nəslin sağlam yetişməsinə, həm də Azərbaycanın beynəlxalq miqyasda idman ölkəsi kimi tanınaraq nüfuzunun artmasina xüsüsi töfhələr verir.
Cənab İlham  Əliyevin 1996-cı ildə Milli Olimpiya Komitəsinin prezidenti seçilməsi ilə Azərbaycanda idmanın inkişafında yeni bir mərhələ başladi.  Eyni zamanda olimpiya hərakatı da böyük vüsət aldı.
Bu gün ilk Avropa oyunları ərəfəsində bəzi xarici dairələr tərəfindən Azərbaycana qarşi yalan və iftiralarla müşayiət olunan nəticəsiz qarayaxma kampaniyası aparılır.Ölkəmizə qarşı aparılan bu kampaniyaların əsas məqsədi Azərbaycanın və prezidentimizin müsdəqil siyasət aparmagına mane olmaqdır”,-deyə H.Rəcəbli bildirib.

Deputat deyib ki, ilk Avropa Oyunlarının ölkəmizdə kecirilməsi Azərbaycanın dünyadakı böyük nüfüzunun göstəricisidir.

”Bu xüsüsilə, prezident İlham Əliyevin xarizmasının və şəxsiyyətinin böyuklüyünun təzahürüdür. Məhz bu amillərə görə belə bir mötəbər tədbirin kecirilməsi Azərbaycana etibar edilib. Digər vacib məqam odur ki, bu oyunlara hazırlaşmaq baxımından  müddət  rekordu keçib. Biz bu oyunlara 2 il yarım ərzində hazırlaşdıq. Dünyada isə hələ indiyə qədər bu məqsədlərə belə qısa müddət vaxt ayrılmayıb”.

H.Rəcəblinin sözlərinə görə, idman kompleksləri, yolların abadlaşması, şəhərin inkişafi, turizim obyektləri və digər infrastrukturlar hələ uzun illər  xalqın xidmətində olacaq. Eyni zamanda bu müddətdə ölkəmiz ücün yüzlərlə kadrların yetişməsinə və inkişafina da geniş imkanlar  yaranacaq. Bütün bunlar həm də Azərbaycanın müsbət imici və reklamıdır.

“Cünki xaricdən gələn qonaqlar Azərbaycanın nailiyətlərini dünyada  təbliğ edəcəklər. Digər vacib məqam odur ki, bir daha Azərbaycan özünü dünyaya dostluq, qardaşlıq, bariş məkanı kimi təqdim edəcək. Bütün dünya bu reallığın şahidi olacaq. Hesab edirəm ki, ilk Avropa Oyunları Azərbaycanın indiki  intibahının zirvəsidir. Belə tədbirlər vasitəsilə də Azərbaycan inkişaf edən, sabit, tolerant və  mədəniyyətlərin qovuşduğu bir ölkə kimi özünü sübut edəcək”.

Silsilə görüşlərdə iştirak edən qocalar və cavanlar, xanımlar və ziyalılar prezident İlham Əliyevə ölkəmizi dünyada layiqincə təbliğ etdiyinə və vətəndaşlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlıqlarını bıldiriblər.
Yerlərdə keçirilən görüş iştirakçiları millət vəkilinə ətraflı məlumat ücün öz minnətdarlıqlarını bildirərək, Azərbaycanda keciriləcək I Avropa Oyunlarında idmancılarımıza uğurlar diləyiblər. Sonda xatirə şəkilləri cəkdirilib.    











Sizə yeni x var
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?