Modern.az

Deputat Hadi Rəcibli şəhid ailəsinin yanına getdi - FOTO

Deputat Hadi Rəcibli  şəhid ailəsinin yanına getdi - FOTO

25 May 2015, 09:45


Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli Lənkəran rayonu Aşagı-Nüvədi qəsəbəsində bu il martın 27-də Ağdam rayonunun cəbhə bölgəsində şəhid olmuş, baş leytenant İqbal Sərraf oğlu Əhmədovun ailəsini ziyarət edib.

Şəhid  İqbal Əhmədovun həyat yoldaşı, 11 yaşlı qızı və 7 yaşlı oğlu qəsəbədə  baba və nənələrinin  yanında yaşayırlar.

Görüş vaxtı şəhid hərbi qulluqcunun  ailəsinə cataacaq 11 min manat məbləğində hərbi sığorta haqqı yerli sığorta qurumları tərəfindən ödənilib. Hadi Rəcəblinin həyat yoldaşı Mehriban xanım mərhumun yaxın qohumları ilə dini, mənəvi mövzuda təsginverici söhbətlər edib və onlara hədiyyələr paylayıb.

Söhbət  əsnasında şəhid ailəsinin güzəştli mənzil növbəsinə durmasıyla bağlı icra orqanlarına sənədlərin toplanması üçün tapşırıqlar verilib.

Sosial Müdafiə Fondunun hərbi departamenti ilə əlaqə yaradılaraq, zabitin dünyasını dəyişəndən sonra ailəsinə catacaq muvafiq  pensiyanın  ödənilməsi məsələləri də qaydaya qoyulub. Deputat ailənin digər qayğıları ilə də maraqlanıb.

Şəhidin həyat yoldaşı Rumiyyə  Fərəcova ilk növbədə ölkə başçısı İlham Əliyevə, rayon İcra Hakimiyyətinin başçısı Taleh Qaraşova, onlara maddi və mənəvi cəhətdən kömək olan insanlara, sığorta pulunun qısa müddətdə alınmasında  yardımçı olduğuna, ailə ilə yaxından maraqlandığına və əlindən gələn köməkliyi əsirgəmədiyinə görə deputat Hadi Rəcəbliyə xüsüsi  təşəkkurünü bildirib.


Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?