Modern.az

Xəzər rayonunda qaçqın və köçkünlərə sosial hüquqları təbliğ olunur

Xəzər rayonunda  qaçqın və köçkünlərə sosial hüquqları təbliğ olunur

25 May 2015, 09:54

“Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyi  Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəyi ilə  Xəzər rayonunda “ Qaçqın və məcburi köçkünlər arasında sosial hüquqların təbliğ edilməsi ilə bağlı dəyirmi masaların keçirilməsi” adlı layihəsi üzrə tədbir təşkil edib.

Tədbirdə Xəzər Rayon İcra Hakimiyyətinin nümayəndələri, akademik Vəli Əliyev, QHT nümayəndələri Vüqar Nəsirov, Elçin Rəhimov rayonda məskunlaşan qaçqın və məcburi köçkün bölgələr üzrə icra nümayəndəlikləri iştirak edib.
Xəzər Rayon İcra Hakimiyyətinin hüquq şöbəsin müdiri Zaur Əliyev belə tədbirin  məhz bu rayonda keçirilməsinin vacibliyini vurgulayaraq, bildirib ki, “Xəzər rayonunda öz  doğma yurd –yuvalarından didərgin düşmüş 20 nəfərdən artıq  qaçqın və məcburi  köçkün yaşayır. Rayon İcra Hakimiyyətinin başçısı Gülağa İslamov onlarla tez-tez görüşlər keçirir, hər zaman diqqət və qayğı göstərir. "Qaçqınların və Məcburi Köçkünlərin Problemlərinin həlli üzrə" Dövlət Proqramında nəzərdə tutulan işlər və onun yerinə yetirilməsi işində, sağlamlıq və təhsil hüququ, xüsusən gənclər üçün nəzərdə tutulan imtiyazlar,vergi güzəştləri, kommunal xidmətlər və təminatların yerinə yetirilməsini həmişə diqqət mərkəzində saxlayır”.

 “Sosial- İqtisadi və Ekoloji İnkişaf” İctimai Birliyinin sədri  Rahilə Mehdiyeva  layihənin məqsədi haqqında qısa məlumat verərək qeyd edib ki, 2004-cü ildə Azərbaycan Prezidentinin "Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı"nı təsdiq etməsi haqqında sərəncamı bu kateqoriyaya daxil olan insanların yaşayış şəraitinin xeyli dərəcədə yaxşılaşmasına kömək edib. Bütün çadır şəhərcikləri ləğv edilib və  insanlar yeni salınan qəsəbələrə köçürülüb, müasir standartlara uyğun yaşayış imkanları ilə təmin edilib. Eyni zamanda ayrı-ayrı təşkilatların müxtəlif təyinatlı obyektlərində yerləşən ailələr yeni tikilən binalardakı mənzillərlə təmin edilib. Mənzil təminatının yaxşılaşdırılması tədbirləri bu gün də davam etdirilib.

Layihədə  qanunlardan  irəli gələn hüquqların öyrədilməsi, sosial hüquqlarla bağlı layihənin pilot regionlarında əhali arasında monitorinq və sorğuların keçirilməsi və onların bu hüquqlarla bağlı məlumatlılıq indeksini müəyyənləşdirmək, "Qaçqınların və Məcburi Köçkünlərin Problemlərinin həlli üzrə" Dövlət Proqramında nəzərdə tutulan işlər və onun yerinə yetirilməsi haqqında məlumat, sağlamlıq və təhsil hüququ, xüsusən gənclərə nəzərdə tutulan imtiyazların təbliği,vergi güzəştləri, kommunal xidmətlər və təminatlar haqqında maarifləndirici müzakirələr aparılacaq. Layihə  bundan sonra qaçqınların və məcburi köçkünlərin kompakt yaşadığı ərazilərdə -  Binəqədi, Abşeron və Şamaxı rayonunda həyata keçiriləcək. Sosial hüquqlarla bağlı nəzərdə tutulan səhər və regionlarda sorğular aparılacaq, dəyirmi masalar təşkil ediləcək.Tədbirin sonunda Zaur Əliyev iştirakçıların suallarına ətraflı cavab verib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Türkiyədə sığınacaqlar tikilir - Yeni müharibə başlayır?