Modern.az

Azərbaycanda Şirniyyat festivalı keçiriləcək

Azərbaycanda Şirniyyat festivalı keçiriləcək

25 May 2015, 10:47

20 iyul 2015-ci il tarixində Şəki şəhərində  II Beynəlxalq Ənənəvi  Şirniyyat festivalı keçiriləcək.

Milli Kulinariya Mərkəzindən Modern.az-a bildirilib ki, bu festivala hazırlıq ərəfəsində 28 may Respublika günü ilə bağlı 29 may 2015-ci il tarixində  I Avropa oyunlarına həsr edilmiş təhsil alan gənc qənnadıçıların Respublika festivalı keçiriləcək. Festivalın mövzusu  I Avropa İdman oyunlarıdır. Festival Mədəniyyət və Turizm Nazirliyi Milli Kulinariya Mərkəzi, Azərbaycan Milli Kulinariya Asossasiyası və  Təhsil Nazirliyinin  12 saylı  Bakı  peşə liseyinin təşkilatçılığı ilə mayın 29-da saat 11:00-da 12 saylı Bakı peşə liseyində keçiriləcək.

Modern.az 

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular