Modern.az

Keçmiş baş nazirə 8 ay həbs verildi

Keçmiş baş nazirə 8 ay həbs verildi

25 May 2015, 12:14


İsrail məhkəməsi korrupsiyada ittiham olunan keçmiş baş naziri Ehud Olmertə hökm oxuyub. Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, məhkəmə onu 8 ay müddətinə azadlıqdan məhrum edib. Bundan başqa, İsrail hökumətinin keçmiş başçısı 150 min dollar cərimə də ödəyəcək. Hökm apelyasiya şikayətinə baxıldıqdan sonra 45 gün ərzində qüvvəyə minəcək.

Bundan əvvəl, məhkəmə korrupsiya ittihamı ilə bağlı Olmertə bəraət verib.

Ehud Olmert 1993-cü ildə Qüdsün meri və sonralar İsrail ticarət və sənaye naziri olduğu zamanlarda “Holyland” yaşayış kompleskinin tikintisini reallaşdırmaq üçün tikinti maqnatlarından rüşvət almaqda ittiham olunurdu.

Vüqar İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular