Modern.az

Nazir: “12 illik təhsil sisteminə nə vaxt keçiləcək” sualına belə cavab verə bilərəm ki...

Nazir: “12 illik təhsil sisteminə nə vaxt keçiləcək” sualına belə cavab verə bilərəm ki...

25 May 2015, 12:22


Mayın 25-də Bakıda Asiya İnkişaf Bankının və Təhsil Nazirliyinin birgə təşkilatçılığı ilə regional təhsil konfransı keçirilib. Modern.az xəbər verir ki, konfransdandan jurnalistlərə açıqlama verən təhsil naziri Mikayıl Cabbarov bildirib ki, Azərbaycanda 12 illik təhsilı keçidə məqsəd kimi baxılmır.

“12 illiyə təhsilə keçid bir vasitədir. Nə üçün vasitədir? Azərbaycan təhsil sisteminin əmək bazarı üçün dövlətin sosial iqtisadi inkişafı üçün, beynəlxalq aləmdə rəqabət davamlılığının artırılması üçün bizim şagirdlərimizin, gənc nəslimizin və vətəndaşlarımıza daha rəqabətli və daha yüksək dəyərə malik insan kapitalı kimi formalaşdırılması üçün onlara daha yaxşı fəaliyyətlər, bilik və bacarıq, ümumilikdə ölkənin və dövlətin sosial iqtisadi inkişaf məqsədlərinə və maraqlarına xidmət edən vətəndaşları formalaşdırmaq – məqsəd budur. Bu məqsədə nail olmaq üçün vasitələrdən biri elmi təhsil sisteminin fəaliyyətinin optimallaşdırılması, onu müasir dünya standartları səviyyəsinə çatdırılması və təhsilin məzmunu, metodikası, həm də təhsil sisteminin təşkili nöqteyi-nəzərindən addımların həyata keçirilməsi və 12 illik təhsilə keçidə məhz, bu prizmadan baxılmalıdır. Sadəcə olaraq məktəbdə oxunulan illərin sayı və mexanik bir keçid kimi baxılmaq və bunu təqdim etmək - bu, kifayət qədər sadələşdirilmiş bir yanaşma ola bilər.

Hazırda Azərbaycan Təhsil Nazirliyi tərəfindən hazırlıq işi, ekspertlərlə məsləhətləşmə, digər dövlətlərin bu sahədə uğurlu və uğursuz təcrübələri bu gün keçirilən tədbirdə həmin işin tərkib hissəsidir. İki gün ərzində görüşlərin və ekspertlərin müzakirəsi digər dövlətlərin təcrübəsinin öyrənilməsi Azərbaycanda mövcud olan dərin təhsil ənənələri, mövcud təhsilin vəziyyəti onun qarşısında duran çağırışlar və onun əldə etdiyi nailiyyətlər müzakirə edilməklə bu işin ən optimal formaları araşdırılacaq.

“12 illik təhsil sisteminə nə vaxt keçiləcək” sualına, cavab verə bilərəm ki, məhz bu amildən də asılıdır. Biz bu prosesə o zaman başlayacağıq ki, əmin olacağıq ki, seçdiyimiz yol düzgün və aparıcı və beynəlxalq təcrübəyə əsaslanan bir yoldur. Belə bir keçid təhsil sisteminin forma və formatının dəyişdirilməsinə gətirib çıxaracaq. Həmçinin də dövlət və cəmiyyət tərəfindən lazım olam resursların cəlb edilməsi ilə müşahidə olunacaq.

Asiya İnkişaf Bankının bizimlə bu istiqamətdə əməkdaşlığın formatı və çərçivəsi gələcək müzakirələr nəticəsində dəqiqləşəcək. Bu, yalnız Təhsil Nazirliyi tərəfindən verilən qərar deyil. Burda Nazirlər Kabinetinin və digər aidiyyəti qurumlarla məsləhətləşmələrdə aparılacaq. Ümumilikdə beynəlxalq maliyyə təşkilatları ilə Asiya İnkişaf Bankının, Dünya Bankı kimi təşkilatlarla əməkdaşlıq iki formada həyata keçirilir. Hər hansı bir fikir söyləmək çox tezdir. Amma artıq məsləhət hissəsində və belə bir tədbirin keçirilməsi bu əməkdaşlıq formalarından biridir”.

Yeganə OQTAYQIZI

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular