Bu gün Baş nazirin müavini, Yeni Azərbaycan Partiyasının (YAP) siyasi şurasının üzvü İsmət Abasovun doğum günüdür.
İsmət Dursun oğlu Abasov 25 may 1954-cü ildə İrəvan şəhərində anadan olub. 1971-ci ildə İrəvan şəhəri M.F.Axundov adına 9 saylı orta məktəbi, 1976-cı ildə D.Bünyadzadə adına Azərbaycan Xalq Təsərrüfatı İnstitunu bitirib.
1976-1980-cı illər Azərbaycan Dövlət Üzümçülük və Şərabçılıq Komitəsində Təchizat, Tədarük və Satış İdarəsində böyük mühəndis və şöbə rəisi, 1980-1989-cu illər Bakı Şampan Şərabları zavodunun planlaşdırma-istehsalat şöbəsinin rəisi və kommersiya məsələləri üzrə direktor müavini, 1989-1990-cı illər Bakı biskvit fabrikinin iqtisadi məsələlər üzrə direktor müavini, 1990-1993-cü illər Bakı 1 saylı şərab zavodunun iqtisadi məsələlər üzrə direktor müavini, 1993-1997-ci illər Bakı tütün kombinatında istehsalat üzrə direktor müavini, inzibati direktor, 1997-2004-cü illər Respublika Kənd Təsərrüfatı nazirinin 1-ci müavini işləyib, 23 oktyabr 2004-cü ildən 22 oktyabr 2013-cü ilə kimi isə Respublikanın Kənd Təsərrüfatı naziri olub.
İqtisad elmləri üzrə fəlsəfə doktorudur, 1990-cı ildə Bakı şəhər Sovetinin deputatı seçilib.
1993-cü ildən Yeni Azərbyacn Partiyasının üzvü, 2005-ci ildən isə Yeni Azərbaycan Partiyasının Siyasi Şurasının üzvüdür. 22 oktyabr 2013-cü ilə kimi Azərbaycan Stolüstü Tennis Federasiyasının ın prezidenti idi.
İsmət Abasov 2010-cu il may ayının 13-14-də İrəvan şəhərində keçirilən BMT-nin Ərzaq və kənd təsərrüfatı təşkilatı - FAO-nun 27-ci regional konfransında Əli Bayramov və Rəşad Məcidov ilə birgə iştirak edib.
22 oktyabr 2013-cü ildə Azərbaycan Respublikası Kənd Təsərrüfatı naziri vəzifəsindən azad edildikdən sonra həmin tarixdən Azərbaycan Respublikası Baş nazirinin müavini təyin olunub.
23 may 2014-cü ildə ölkə başçısı İlham Əliyev tərəfindən “Şöhrət” ordeni ilə təltif edilib.
Ailəlidir, iki övladı və iki nəvəsi var.
Bizdə doğum günü münasibətilə İsmət Abasovu təbrik edir və ona gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.
Modern.az