Rusiyanın Tula şəhərində velosiped idmanının trek növü üzrə “Grand Prix Tula” yarışı keçirilib.
Modern.az xəbər verir ki, Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı yarışında bir idmançımız - Sergey Omelçenko mübarizə aparıb.
Həm keyrin, həm də 200 metr məsafəyə sprint yarışında çıxış edən velosipedçimiz hər iki növdə fəxri kürsüyə qalxıb və 2 gümüş medal qazanıb. S.Omelçenko sprint üzrə yarışda özünün 2015-ci ildəki şəxsi rekordunu da təzələyib.
Uğurlu çıxış sayəsində velosipedçimiz hər iki növdə aktivinə 54 reytinq xalı yazdırıb.
Modern.az