Modern.az

Torpaq sahələrindən təyinatına uyğun olmayan şəkildə istifadəsinə qadağa qoyulur

Torpaq sahələrindən təyinatına uyğun olmayan şəkildə istifadəsinə qadağa qoyulur

25 May 2015, 13:40


Torpaq sahələrinin məqsədli təyinatına uyğun olmayan başqa məqsədlər üçün istifadə edilməsinə görə cəzalar sərtləşdirilir.

Milli Məclisin Aqrar siyasət komitəsinin bu gün keçirilən iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişikliklər müzakirə olunub.   Modern.az saytının məlumatına görə dəyişikliyə əsasən, torpaq sahələrinin məqsədli təyinatına uyğun olmayan hallar baş verdikdə fiziki şəxslər 300 manat, vəzifəli şəxslər 600 manat, hüquqi şəxslər 3000 manat miqdarında cərimə olunacaqlar.

Bu xətalar kənd təsərrüfatı təyinatlı torpaqlara münasibətdə törədildikdə isə fiziki şəxslər 500 manat, vəzifəli şəxslər 1000 manat, hüquqi şəxslər 5000 manat miqdarında cərimə olunacaqlar.

Digər bir dəyişikliyə görə isə Məcəllənin 88-3 maddəsi aşağıdakı redaksiyada verilir:  

Vəzifəli şəxs tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydalar pozulmaqla torpaq sahələrinin (magistral boru kəmərlərinin, gərginliyi 1000 voltdan çox olan elektrik şəbəkələrinin, metropolitenin, dəmir yolu qurğularının, müdafiə obyektlərinin, su təchizatı və kanalizasiya sistemlərinin texniki qurğularının, neft buruqlarının, avtomobil yollarının və ya suların mühafizə zonalarındakı torpaq sahələri, habelə kənd təsərrüfatı təyinatlı torpaqlar istisna olmaqla) tikinti üçün ayrılmasına görə -1500 manatadək miqdarda cərimə edilir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən bu dəyişiklikər Milli Məclisin plenar iclasına tövsiyə olunub.  

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular