Modern.az

Deputat torpaqların 99 illiyə icarəyə verilməsinə qarşı - BELƏ OLMAZ

Deputat torpaqların 99 illiyə icarəyə verilməsinə qarşı - BELƏ OLMAZ

25 May 2015, 14:18

“Bu gün bütün dünyada, eləcə də Azərbaycanda ərzaq təhlükəsizliyi bütün məsələlərdən önə keçib”.Bunu Modern.az-a açıqlamasında Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini Eldar Quliyev deyib.

“Bu il Prezident tərəfindən Azərbaycanda “Kənd təsərrüfatı ili” elan edilib. Ona görə də düşünürəm ki, ilin sonuna qədər biz aqrar sahədə ilə bağlı mühüm nailiyyətlər əldə edəcəyik. Bunun üçün ilk növbədə əkinə yaralı torpaqların monitorinqi aparılmalı və mütləq mənada bu torpaqlardan səmərəli və təyinatı üzrə istifadə edilməlidir. Məni qayğılarından bir məsələ də əkin sahələrinin 99 illiyə icarəyə verilməsi və həmin torpaqların təyinatı üzrə istifadə olunmamasıdır. Ərzaq təhlükəsizliyi dünyanı təhdid etdiyi zamanda bu, yolverilməzdir”.

Millət vəkili onu da vurğulayıb ki,  bu gün aqrar sahədə ən böyük çatışmazlıq informasiya məsələsi ilə bağlıdır: “Bu da özünü istehsalda göstərir. Fermerler  informasiyalı olsalar, onlar bazar tələbatına uyğun məhsullar istehsal edərlər. Əgər Azərbaycanda əkinə yaralı torpaq sahələri təyinatı üzrə istifadə olunsa, 20 növdən artıq kənd təsərrüfatı məhsulu ilə özümüzü tam təmin edə bilərik. Ona görə də biz bu məsələnin üzərində ciddi şəkildə dayanmalı və  buna daha çox diqqət yetirməliyik. Bu gün Azərbaycana daha çox məhsullar xaricdən idxal olunur. Elə götürək bizə daha çox gərəkli olan taxil istehsalını. Bu gün Azərbaycan özünü taxılla 60% təmin edə bilir. Çayçılıq, üzümçülük, südçülük kimi kənd təsərrüfatı sahələrini də inkişaf etdirməliyik”. 

Nəticə olaraq biz ölkəmizi ərzaq təhlükəsizliyi məsələsi ilə bağlı problemlərdə baş-başa qoymalı deyilik deyən millət vəkili, bu məslələrdə ciddi irəliləyişlərin əldə olunması üçün daha çox çalışmaq lazım olduğunu dilə gətirdi. “Prezidentimiz 2015-ci ili “Kənd təsərrüfatı ili” elan etdi. Ona görə də biz bu məsələdə ciddi irəliləyişlərin əldə olunması üçün çalışmalıyıq. Təbii ki, 10-15 il əvvələrlə müqayisədə, Azərbaycanda kənd təsərrüfatı sahəsində çox dəyişikliklərin olduğu danılmazdır. Və bu gün Kənd təsərrüfatı naziri Heydər Əsədovun gördüyü işlər onun çox ciddi mütəxəssis olmasından xəbər verir və əminəm ki, bizlər bu sahədə də çox ciddi irəliləyişlər əldə edəcəyik”.

Modern.az

 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular