Modern.az

Məmmədyarovdan Moskvada mühüm MESAJLAR

Məmmədyarovdan Moskvada mühüm MESAJLAR

25 May 2015, 14:35


“Mən Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Rusiyanın paylaşdığı optimist fikirləri bölüşürəm”.

Modern.az saytının TASS-a istinadən verdiyi məlumata görə bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov rusiyalı həmkarı Sergey Lavrovla görüşdən sonra keçirilən birgə mətbuat konfransında deyib.

“Dağlıq Qarabağ münaqişəsi problemini həll etmək lazımdır”,-deyən nazir bildirib ki, həll üçün artıq zaman yetişib.

Nazirin sözlərinə görə iki gün ərzində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı əhəmiyyətli müzakirələr aparılıb. "Biz həll prosesi üçün bütün imkanlı detalları nəzərdən keçirmişik",-deyə söyləyib.

Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqının "Şərq tərəfdaşlığı" proqramında yer alması mövzusuna da toxunub. O qeyd edib ki, Azərbaycan Avropa İttifaqı ilə əlaqələri möhkəmləndirmək niyyətindədir. 

Aqşin Kərimov

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular