Modern.az

Rusiya və Azərbaycan xarici işlər nazirləri müqavilə imzaladılar

Rusiya və Azərbaycan xarici işlər nazirləri müqavilə imzaladılar

25 May 2015, 14:40

Moskvada Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında görüş başa çatıb. Modern.az Rusiya mətbuatına istinadən xəbər verir ki, görüşdən sonra iki xarici siyasət idarəsi arasında bir neçə sənəd imzalanıb. Onların arasında nazirliklərin 2015-2016-cı illər üçün əməkdaşlıq planı da var.

Görüşün əvvəlində azərbaycanlı həmkarına Bakıdakı faciəli yanğınla bağlı başsağlığı verən Lavrov ikitərəfli münasibətləri müsbət qiymətləndirib:

“Sizin rəsmi səfəriniiz çərçivəsində rəsmi danışıqlar aparmaq imkanımızı dəyərləndiririk. Qarşmıızda dövlət başçılarının konkret qoyduğu tapşırıqlar var. Rusiya və Azərbaycan prezidentləri arasında müntəzəm görüşılər və konstruktiv dialoq mövcuddur. Bu isə bütün ikitərəfli məsələləri istisnasız həll etməyimizə yadım edir”.

Elmar Məmmədyarov isə dövlət başçılarının göstərişlərini uğurla yerinə yetirdiklərini diqqətə çatdırıb:

“Dövlət başçılarımızın verdiyi göstərişlər ölkələrimiz arasında münasibətlərin yüksək səviyyədə olmasından xəbər verir. Münasibətlərimiz yüksək səviyyədədir və müntəzəm inkişaf edir, ticarət dövriyyəmiz artır, beynəlxalq təşkilatlar tərkibində əməkdaşlığımız davam edir”.

Vüqar İsmayılov

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular