“Bu məlumatlardan sonra şəxsən Elçin müəllimlə əlaqə saxladım. O bu məlumatları tamamilə təkzib edir”. Bu haqda Modern.az saytına Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat katibi Nizaməddin Quliyev qurumun Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovla bağlı yayılan məlumat haqda danışarkən deyib.
O qeyd edib ki, Elçin Zülfüqarov informasiyanı yayan şəxs haqqında məhkəmə iddiası qaldıracaq: “Çünki, deyilənlərin hamısı yalandır, əsaslı heç bir şey yoxdur”.
Qurum rəsmisi mətbuatda gedən məsələlər barədə rəhbərliyə məruzə etdiyini də vurğulayıb.
“İnamla Hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov “Yeni Müsavat”ın redaksiyasına ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovla bağlı material yollayıb. Hüquq müdafiəçisinin məktunda Zülfüqarov haqda kifayət qədər ağır iddialar, ittihamlar, İŞİD-ə yardım etdiyi barədə informasiyalar yer alıb.
Gülşən RAUFQIZI