Modern.az

I Avropa Oyunlarına həsr olunmuş növbəti klip

I Avropa Oyunlarına həsr olunmuş növbəti klip

25 May 2015, 14:42


“Azərbaycan Televiziya və Radio Verilişləri” QSC birinci Avropa Oyunlarına həsr olunmuş mahnıların kliplərini təqdim etməkdə davam edir.

Modern.az xəbər verir ki, növbəti klip yeni bəstələnmiş “Zəfər nəğməsi – İdman Azərbaycan” mahnısına çəkilib. Əsər Tofiq Əhmədov adına estrada-simfonik orkestri və Cahangir Cahangirov adına xorun müşayiəti ilə tanınmış vokalçı Ramil Qasımovun ifasında səslənib.

Mahnının müəllifləri – bəstəkar Nigar Qarayeva, sair Abdulla Qurbanidir. Klipin quruluşçu rejissoru – Elnur Əliyev, quruluşçu operatoru isə Elvin Rəhimlidir. Qeyd edək ki, “Zəfər nəğməsi – İdman Azərbaycan” mahnısı  AzTV-nin bu möhtəşəm tədbirə həsr etdiyi ikinci klipdir.

Efir həyatı verilən birinci klip “İlk Avropa oyunları” mahnısına (musiqisi Nigar Qarayevanın, sözləri Abdulla Qurbaninindir) çəkilib.

Mahnını AzTV-nin  solistləri Kamilə Nəbiyeva, Günay İmamverdiyeva, Ayşən Mehdiyeva, Mirələm Mirələmov, Sərxan Bünyadzadə, Orxan Hüseynli ifa ediblər. Hazırda AzTV-də daha iki mahnı klipi hazırlanır. “Avropa oyunları” mahnısı (musiqisi bəstəkar Eldar Mansurovun, sözləri şair Vahid Əzizindir) xalq artisti Heydər Anatollu, əməkdar artist Lalə Məmmədova, Cahangir Cahangirov adına xorun solistləri – Bəxtiyar Bağırov, Nicat Cəfərzadə, Aynur İsgəndərli və Vaqif Mustafazadə adına “Sevil” vokal instrumental ansamblının ifasinda lentə alinıb.

“Qələbə bizimlədir” mahnısını (musiqisi bəstəkar Azad Zahidindir) əməkdar artistlər Fərid Əliyev, Cahangir Qurbanov, Çinara Şirin və Aygün Zeynolova ifa ediblər. Hər iki mahnı və klip yaxın günlərdə televiziya tamaşaçılarına təqdim olunacaq.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular