Modern.az

“SOCAR-da Kamal Eynullayev adlı adam işləmir” - Eynicinsli nikahla bağlı xəbərə REAKSİYA

“SOCAR-da Kamal Eynullayev adlı adam işləmir” - Eynicinsli nikahla bağlı xəbərə REAKSİYA

25 May 2015, 15:08


"SOCAR-a məxsus strukturlarda Kamal Eynullayev adlı şəxs çalışmır”. Bunu Modern.az saytına Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinin rəhbəri Nizaməddin Quliyev bildirib.

O həmçinin qeyd edib ki, şirkət bununla bağlı təkzib də hazırlayır.

Xatırladaq ki, dünən ABŞ-da eynicinslilərin nikahı qeydə alınıb. Nikahın Azərbaycan mediasının da diqqət mərkəzində olmasının səbəbkarı 28 yaşlı Elnarə Eynullayeva adlı qadındır. Massaçusets ştatında baş tutan toy mərasimində Elnarə Eynullayeva ABŞ senatorunun müşaviri 32 yaşlı Rozali Hyuz Fatsiona ərə gedib.

Qeyd edək ki, Elnarənin atasının SOCAR-da müfəttiş işlədiyi bildirilib.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular