Modern.az

Xaricə tələbə göndərən təşkilat : “Adımızdan istifadə edirlər”

Xaricə tələbə göndərən təşkilat : “Adımızdan istifadə edirlər”

25 May 2015, 16:05


Xarici ölkələrdə ali təhsillə bağlı fəaliyyət göstərən Akademi Group Təhsil Mərkəzi  məlumat yayıb.

Məlumatda qurum bildirir ki, onun adından sui-istifadə edənlər var.

Modern.az məlumatı olduğu kimi təqdim edir:

- Yeddi  ildən artıqdır rəsmi şəkildə başda Türkiyə universitetləri olmaqla azərbaycanlı gənclərin xaricdə təhsil almalarına professional şəkildə xidmət göstərən Akademi Group Təhsil Mərkəzi son 5 ildə davamlı olaraq Azərbaycanda ilk dəfə Türkiyə Univeristetlərinin Təhsil Sərgilərini də keçirərək həm Azərbaycan və Türkiyə rəsmi qurumlarının, həm də ictimaiyyətin böyük rəğbətini qazanıb.

Demək olar ki, bu günə qədər xaricə təhsil almağa göndərilən bir gənc xidmətdimizdən narazılıq etməyib.

Ancaq son zamanlar təəssüfedici hal yaranıb. Akademinin bu nüfüz və etibarı görünür kimlərisə rahatsız edir.

Bunun üçün dəyərli media nümayəndələri və əziz Azərbaycan ictimaiyyətinə bəzi məsələləri çatdırmağı özümüzə borc bilirik.

Belə ki, Akademinin sosial şəbəkə hesablarına şərh yazan istifadəçilərin inboksuna Akademi adından olduğu iddia edilən mesajlar göndərilməkdə, adres və telefon nömrəsi verilməkdədir. Bundan başqa, bəzi yalançı “şirkət”lərin nümayəndələri tələbə və abituriyentlərlə görüşmə zamanı Akademinin adından danışırlar. Və ya sonda bütün məsələlərə Akademinin nəzarət edəcəyini bildirirlər.

Birmənalı olaraq bildiririk ki, belələrinin bizə heç bir aidiyyatı yoxdur. Biz xaricdə təhsil almaq istəyənlərlə yalnız ofisimizdə görüşürük.

Əziz Xalqımız, dəyərli media nümayəndələri!

Bu kimi halları nəzərə alaraq diqqətinizə çatdırmaq istəyirik ki;

Akademinin sosial şəbəkə hesabları www.akademi.az  saytı tərəfindən yönləndirilən hesablardır və bu hesablara gələn şərhlərə sadəcə şərh yazaraq cavab verilir. Siz özəl mesaj yazmadan Sizə özəl mesaj göndərilməz.

Sosial şəbəkə hesablarımız vəya saytımızda verilən formları doldurduğunuz zaman gələn avtomatik e-maillər və …[email protected] sonluqlu e-maillər xaricində Sizə e-mail göndərilməz.

Sizə gələn hər hansı bir reklam xarakterli e-mail olsa da unutmayın ki, Akademi heç bir zaman xidmət müqaviləsi imzalamadan ödənişli xidmət göstərmir.

Bir çox ödənişsiz xidmətlərimiz isə müqaviləsiz olaraq həyata keçirilir.

Ofislərimiz xaricində bir yerdə müqavilə imzalanmamaqdır.

Akademinin Bakı, Gəncə və Lənkəran ofisləri ilə yanaşı, Mingəçevir və Qəbələ nümayəndəlikləri fəaliyyət göstərməkdədir və bu nümayəndələr ofis xaricində Sizə məlumat versə də ofisdən kənarda müqavilə imzalanmır və hər hansı bir ödəniş alınmır.

Veriləcək xidmətlərin hər biri müqavilədə əks olunmalıdır.

Hər hansı bir işbaza rast gələrək, övladınızın gələcəyini riskə atmamaq üçün bu kimi hallara qarşı diqqətli olmağınızı və belə hallarla qarşılaşdığınızda Akademiyə məlumat verməyinizi xahiş edirik.

 

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular