Modern.az

“Böyük təbdirlər zamanı xarici havadarlarına yarınmaqdan ötrü aksiyalar keçirirlər”

“Böyük təbdirlər zamanı xarici havadarlarına yarınmaqdan ötrü aksiyalar keçirirlər”

25 May 2015, 16:13


“Azərbaycan müxalifətinin mitinqləri mövsümi xarakter daşıyır. Onlar öz aksiyalarını havanın temperaturuna uyğun olaraq təyin edir”. Bunu Modern.az saytına hakim Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

 YAP funksioneri müxalifətin, əsasən də Milli Şuranın yaz aylarında mitinq keçirmələrinə üstünlük verməsini şərh edərkən bildirib ki, onlar bununla daha çox iştirakçı toplamaq istəyirlər.

Onun sözlərinə görə müxalifətdə heç bir əqidə, ideya birliyi yoxdur. “Sadəcə olaraq hava şəraitindən istifadə edib özlərinin maddi durumunu yaxşılaşdırmaq niyyətindədirlər. Onlar yaxşı bilir ki, soyuq vaxtlarda mitinqə adam gəlməyəcək. Bir azdan isə istilər başlayanda yenə onların mitinqinə çox az adam gələcək. Çünki onlar bir əqidə ətrafında birləşməyiblər”.

Siyavuş Novruzov onu da əlavə edib ki, müxalifət sadalanan hallardan başqa ölkədə mötəbər tədbirlərin keçirilməsi ərəfəsində də mitinq keçirməyi özlərinə borc bilir. “Onlar böyük təbdirlər zamanı xarici havadarlarına yarınmaqdan ötrü aksiyalar keçirirlər”.

 

Aqşin Kərimov 

 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular