Modern.az

Milli Şuranın mitinqinə icazə verildi

 Milli Şuranın mitinqinə icazə verildi

25 May 2015, 16:23

Bakı Şəhər İcra Hakimiyyəti Demokratik Qüvvələrin Milli Şurasının müraciətini cavablandıraraq mitinqin keçirilməsinə razılıq verib.  

Modern.az xəbər verir ki,  “Sərbəst toplaşmaq azadlığı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına riayət olunmaqla 30 may 2015-ci il tarixdə saat 15:00-dan 17:00-dək Bakı şəhəri, Yasamal rayonu, M.Seyidov küçəsi, 3155-ci məhəllədə yerləşən Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda (keçmiş ”Məhsul” stadionu) mitinqin keçirilməsinə razılıq verilib.  

Təşkilatçılarından xahiş olunub ki, Azərbaycan Respublikası “Sərbəst toplaşmaq azadlığı haqqında” Qanununa əsasən ayrı-seçkiliyə, ədavətə və ya zorakılığa çağırışlarla müşayiət olunan, milli, irqi və ya dini ədavəti təbliğ edən və təhqiredici şüarlardan istifadə olunmamasına ciddi nəzarət edilsin.  

Həmçinin, gələcəkdə planlaşdırılan mitinqlərin şənbə günlərinə təyin olunması məqsədəuyğun olunduğu bir daha qeyd olunub.

Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular