“Bizim idarə və onun rəisi barədə tamamilə yalan məlumat gedib”. Bu haqda Modern.az saytına ARDNŞ-in Nəqliyyat İdarəsinin hüquq şöbəsinin rəisi Emin Hüseynov məlumat verib.
O, “Yeni Müsavat” qəzetinə danışan şəxsi məhkəməyə verəcəklərini bildirib: “Biz mətbuat azadlığının tərəfdarıyıq. Amma səhv məlumatı verdiyinə görə “Yeni Müsavat” a danışan Bəxtiyar Məmmədovu məhkəməyə veririk”.
“İnamla Hüquq” MMC-nin direktoru, hüquq müdafiəçisi Bəxtiyar Məmmədov “Yeni Müsavat”ın redaksiyasına ARDNŞ-in Nəqliyyat İdarəsinin rəisi Elçin Zülfüqarovla bağlı material yollayıb. Hüquq müdafiəçisinin məktubunda Zülfüqarov haqda kifayət qədər ağır iddialar, ittihamlar, İŞİD-ə yardım etdiyi barədə informasiyalar yer alıb.
Gülşən RAUFQIZI