Modern.az

Putin Kameronu təbrik etdi

Putin Kameronu təbrik etdi

25 May 2015, 22:38

Rusiya prezidenti Vladimir Putin telefonla Böyük Britaniyanın baş naziri Devid Kameronla danışıb.

Modern.az saytı Rusiya KİV-nə istinadən xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.   Vladimir Putin Devid Kameronu yenidən baş nazir olması münasibəti ilə təbrik edib.  

Məlumata görə liderlər iki ölkə arasında konstruktiv əməkdaşlığın bərpası məsələlərini müzakirə ediblər.   Bununla yanaşı, Yaxın Şərqdəki vəziyyət, xüsusilə Suriya problemi və “İslam dövləti” terrorçu təşkilatının təhlükələri ətrafında da fikir mübadiləsi aparılıb.  

Həmçinin  Ukrayna münaqişəsinin həlli istiqamətində də müzakirələr aparılıb.  

Qeyd edək ki, Putin və Kameron arasında axırıncı danışıq ötən ilin noyabrında olub.

Aqşin Kərimov

 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular