Moskvada səfərdə olan Azəbaycanın xarici işlər naziri Elmar Məmmədyarov “Rossiya 2” telekanalının efirində danışıb.
Modern.az saytının verdiyi xəbərə görə Elmar Məmmədyarov Azərbaycanın Avropa İttifaqı ilə münasibətləri məsələsinə toxunub.
XİN başçısı bildirib ki, Azərbaycanın Avropa İttifaqı ilə assosiasiya sazişi imzalamaq niyyətində deyil. “Çünki Azərbaycan Ümumdünya Ticarət Təşkilatının üzvü deyil”,-deyə o qeyd edib.
Nazir onu da deyib ki, Bakı Brüssellə strateji münasibətləri möhkəmləndirmək niyyətindədir.
Modern.az