Modern.az

Heydər Əliyev Fondundan ağır xəstəliyə tutulan jurnalistə vacib DƏSTƏK

Heydər Əliyev Fondundan ağır xəstəliyə tutulan jurnalistə vacib DƏSTƏK

Media

25 May 2015, 23:29


Heydər Əliyev Fondu ANS telekanalının Xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, xərçəngdən əziyyət çəkən jurnalist Gülər Məmmədovanın müalicəsini öz üzərinə götürüb.

Modern.az saytı xəbər verir ki, bu barədə məlumatı Murad Hüseynov Facebook-da paylaşıb:

“Əziz dostlar, Sizə bizim ailəyə olan dəstəyinizə görə dərin təşəkkürümü bildirirəm. Gülər üçün etdiyiniz dualara, bizim göstərdiyiniz maddi dəstəyə görə minnətdaram. Bu çətin günlərdə bizi tək buraxmayan insanlar – Allah Sizdən razı olsun.
Bu axşam Sizə bizim ailə üçün çox vacib və şad xəbəri çatdırmaq istəyirəm. Heydər Əliyev Fondu Gülərin müalicəsini tam olaraq öz üzərinə götürdü. Bir azərbaycanlıya, bir Azərbaycan vətəndaşına dəstəyinə görə Heydər Əliyev Fondunun Prezidenti, ölkənin birinci xanımı Mehriban xanım Əliyevaya öz dərin təşəkkürümü bildirmək istəyirəm. Mehriban xanım Sizə özümün, Gülərin, ailəmizin 2 kiçik üzvü – Osman və Ayanın, eləcə də bütün dostlarımızın adından minnətdarlığımı bildirmək istəyirəm. Siz bir daha humanistliyinizi, çətin gündə hər bir azərbaycanlının yanında olduğunuzu nümayiş etdirdiniz. Təşəkkür edirəm!”.

Modern.az

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi