AMEA Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, Azərbaycanın qərb bölgəsində zəlzələ baş verib.
Zəlzələ mayın 26-da saat 06:20:36-da Mingəçevirdən 33 km qərbdə Goranboy-Yevlax sərhədində qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub. Zəlzələ ocağının dərinliyi 4,7 km olub.
Modern.az