Bu gün Milli Məclisin deputatı Elmira Axundovanın doğum günüdür. Elmira Axundova 1953-cü il may ayının 26-da Moskva vilayətinin Ramensk rayonunda anadan olub.
Modern.az saytı bu gün 62 yaşını qeyd edəcək xanım deputatın təəssüratlarını öyrənib.
Elmira Axundova ad günü olmasına baxmayaraq, işlərinin həddindən artıq olduğunu vurğulayıb: “Ad günümü dostlarım, rəfiqələrimlə birlikdə qeyd edəcəyəm. Paytaxtda dostlarımın əhatəsində olmaq mənim üçün çox xoşdur”.
Gülşən RAUFQIZI