Modern.az

“Bulvar Avropa Oyunlarına hazırdır, gecə yarısına qədər işləyəcəyik” - AÇIQLAMA

“Bulvar Avropa Oyunlarına hazırdır, gecə yarısına qədər işləyəcəyik” - AÇIQLAMA

Təhsil

26 May 2015, 10:05


Dənizkənarı Milli Park I Avropa Oyunlarına tam hazırdır. Bunu Modern.az-a Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov deyib.

Onun sözlərinə görə, bulvar oyunlar ərzində 24  saat işləyəcək:

“Bakı bulvarı hər zaman 365 günün 24 saatı hər şeyə hazırdır. Bulvar hər zaman qonaq-qaralıdır. Oyunlar zamanı qonaqların sayı çox olacaq. Ona görə də bulvar oyunlar ərzində gücləndirilmiş iş rejimində işləyəcək. Belə ki, iş saat, uzanacaq. İş müddəti səhər saatlarından başlayaraq gecə yarısına kimi davam edəcək.

Bulvar ərazisində 3 idman sarayı var. Həmin saraylarda idman yarışları keçiriləcək. Ona görə də bulvar bir parkdan başqa, həm də idman yarışların keçiriləcəyi məkandır. Ona görə də bütün ərazidə Wi-Fi şəbəkəsinin olması, post terminalların işləməsi, xarici dildə danışanların sayının daha çox olması və digər tədbirlər görülür. Oyunlar ərzində bulvarda bir sıra tədbirlər keçiriləcək”.

Oyunlar ərzində qiymətlərin qalxa bilməsi məsələsinə gəlincə, Nazim Məcidov qeyd edib ki, bulvar idarəsi nə qiymət qoyan, nə də qiyməti azaldan və ya artıran bir idarədir:

“İdarə yalnız öz işi ilə məşğuldur. Amma yenə də idarə nəzarət edir ki, süni artım olmasın”.

Sevinc Yasinqızı

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Xameneiyə ŞOK MÜRACİƏT - İstefa ver!