Modern.az

Xərçəngdən əziyyət çəkən jurnalistin həyat yoldaşı: “Onunla 60 gündən bir görüşə bilərik”

Xərçəngdən əziyyət çəkən jurnalistin həyat yoldaşı: “Onunla 60 gündən bir görüşə bilərik”

26 May 2015, 11:59

Heydər Əliyev Fondunun xərçəngdən əziyyət çəkən jurnalist Gülər Məmmədovanın müalicəsini öz üzərinə götürməsi ümidləri daha da artırıb. 

Məlumat üçün bildirək ki, Gülər Məmmədova kəskin miyeloblast leykoz xəstəliyindən əziyyət çəkir. O, sümük iliyinin transplantasiyası kimi ağır müalicə qəbul edir. Xəstəliyin müalicəsi üçün 110 min dollara ehtiyac vardı.

Onun həyat yoldaşı, ANS telekanalının xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynov Modern.az saytına açıqlamasında Gülərin Heydər Əliyev Fondunun dəstəyindən sonra da müalicəsini Türkiyədə davam etdirəcəyini bildirib:

“Özüm Bakıdayam, uşaqlar da yaxşıdır. Gülər İstanbuldakı Anadolu Sağlıq Mərkəzində müalicə alır. Şükürlər, indi o da yaxşıdır”.

Murad Hüseynov həyat yoldaşı ilə görüşün yalnız həkimlərin icazəsi ilə reallaşdığını vurğulayıb: “Tez-tez görüşə icazə yoxdur. Ötən dəfə mən görüşmüşəm, 60 gündən sonra ailəmizdən başqa bir adam onunla görüşəcək”.

Gülşən RAUFQIZI

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular