Modern.az

“Mehmanxanalar Avropa Oyunları zamanı turist qəbuluna tam hazırdır” - Nazirlik

“Mehmanxanalar Avropa Oyunları zamanı turist qəbuluna tam hazırdır” - Nazirlik

26 May 2015, 14:08

İyunun 12-28-də Bakıda keçiriləcək 1-ci Avropa Oyunlarında 49 ölkədən 20 idman növü üzrə 6 mindən çox idmançının iştirakı nəzərdə tutulub. Oyunlar ərəfəsində ölkəmizə çox sayda turistin gələcəyi də proqnozlaşdırılır. Azərbaycan mehmanxanaları gələcək qonaqları qəbul etmək iqtidarındadırmı?

Sualımızı Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Şixəmmədov cavablandırıb:

“Mədəniyyət və Turizm Nazirliyi mehmanxanalarda monitorinqlər keçirib. Nəticədə bəzi kiçik nöqsanlar aşkarlanıb. Dərhal tövsiyə və tapşırıqlar verilib, təhlillər aparılıb”.

Nazirlik rəsmisi əminliklə qeyd edib ki, ölkəmizə gələcək qonaqları yüksək səviyyədə qarşılamaq üçün hər bir şey hazırdır:

“Bu gün əminliklə deyə bilərik ki, mehmanxanalarımız 1-ci Avropa Oyunlarında ölkəmizə gələcək turistləri qəbul etməyə hazırdır. Nəzərə alsaq ki, çox sayda turistin gəlişi gözlənilir, bunun üçün tək dövlətin monitorinq və yoxlamaları ilə kifayətlənmək olmaz. Turistlərin rahatlığını təmin etməkdə mehmanxana rəhbərləri, menecerlər özləri də maraqlı olmalıdır. Onlar turistlərin təhlükəsizliyi, göstərilən xidmət və ən vacibi mehmanxana qonaqpərvərliyini yüksək səviyyədə nümayiş etdirməlidirlər”.

Vüqar Şixəmmədov bildirib ki, hazırda Bakıda lisenziyalı mehmanxanalarda 14 minə yaxın yataq yeri var: “Nəzərə almaq lazımdır ki, lisenziyasız fəaliyyət göstərən mehmanxanalar, posterlər, yataq yerləri də mövcuddur”.

Gülşən RAUFQIZI

Sizə yeni x var
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama