Modern.az

“Seçkilər zamanı siyasi fəallıq artacaq” – Siyavuş Novruzov

“Seçkilər zamanı siyasi fəallıq artacaq” – Siyavuş Novruzov

26 May 2015, 17:21

I Avropa Oyunlarından sonra Azərbaycanda heç bir siyasi vəziyyət gərginləşməyəcək.

Bunu Modern.az-a Yeni Azərbaycan Partiyası icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib. Onun sözlərinə görə, yalnız parlament seçkisi dövründə siyasi aktivlik çoxalır:

“Azərbaycanda hər hansı hadisə baş verməyib ki, ölkədə ictimai-siyasi vəziyyət gərginləşsin. I Avropa Oyunlarından sonra Azərbaycanda parlament seçkisi keçiriləcək. Seçki dövründə az da olsa siyasi aktivlik çoxalır. Çünki seçkidə iştirak etmək istəyən siyasi partiyalar və şəxslər kifayət qədərdir. Təbii ki, bu siyasi partiyalar arasında seçilmək üçün açıq şəkildə rəqabət gedəcək. Ona görə də digər illərə nisbətən bu il həssas və siyasi mübarizə ili olacaq”.

Sevinc Yasinqızı

 
Sizə yeni x var
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular